come back
ŞAMAXIPALASŞƏRƏDİL Qalereya

ŞAMAXI PALAS ŞƏRƏDİL

Böyük Qafqaz Dağlarının yamacında, Azərbaycanın düz ürəyində Şamaxı şəhərində möhtəşəm ailəvi istirahət mərkəzi olan Şamaxı Palas Şərədil yerləşir.

Otelin ümumi sahəsi 43.370 kv.m. təşkil edir. Mənzərəli dağ və meşələrlə əhatə olunmuş kurort burada istirahət edənlərə unudulmaz təəssüratlar bağışlayır.

DİQQƏTƏLAYİQ YERLƏR

Şəhərin səs-küyündən və narahatlığından uzaqda, nadir memarlıq üslubunun təbii mühitlə maraqlı bir tərzdə birləşdiyi  iri bir ərazidə Şamaxı Palas Şərədil yerləşir.  Şamaxı şəhərindən 19 km və Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 161 km aralıda Şahdağ Milli Parkının ərazisində yerləşən otel məsum təbiətin təkrarolunmaz ab-havasını əks etdirir.

Apartamentlər buraya gələnlər üçün yaşıl rəngin bütün çalarlarında olan həqiqi təbiətin gözəlliklərinə ecazkar görüntünü açır və ən yüksək dərəcəli xidmətləri təklif edir. Öz  dəbdəbəli memarlıq üslubuna əlavə olaraq Şamaxı Palas Şərədil yeni və son dərəcə maraqlı yerləri kəşf etmək imkanını təqdim edir.

ŞAMAXI

Şirvan dağ sahəsində yerləşən Şamaxının əsası 1930-cu ildə qoyulmuşdur. İlk dəfə Şamaxının adı "Samaheya"və ya "Kamaheya" kimi Ptolomeyin (Ptolemeaus) əsərlərində çəkilmişdir. Ərəb mənbələri bu yeri "Es-Semahiyye" kimi adlandırmışdır.

Azərbaycanın ən möhtəşəm milli parklarından biri olan Şahdağ Milli Parkı Şamaxı şəhərinin yaxınlığında, beş rayon ərazisində yerləşir.

ŞAHDAĞ MILLI PARKI

Şahdağ Milli Parkının salınmasında məqsəd nadir və nəsli tükənməkdə olan heyvanları qorumaqdır. Dağ meşələri və yüksək dağlıq ərazilərdəki otlaqların, köçəri heyvan növlərinin bərpası, qorunması və idarə edilməsi məqsədilə yaradılan park dövlətin mühafizəsi altındadır. Nəsli tükənməkdə olan bir çox heyvanlar üçün təbii mühit olan parkın fəaliyyət göstərməsi təbiət gözəlliklərinə malik heyranedici ab-havanı yaradır.

BAKI

Şamaxı Palas Şərədil -də istirahət etdiyiniz zaman Siz Azərbaycanın paytaxtı olan Bakı şəhərinə də baş çəkə bilərsiniz. Bakı şəhərinin mərkəzi, oteldən 144 km aralıda yerləşir. Crystal Hall, Nizami adına Muzey və Qız Qalasından əlavə, siz Bakı Dənizkənarı Parkın (Bulvar) dəbdəbəli mənzərəsindən zövq ala və qədim Bakının küçələri ilə tarixə səyahət edə bilərsiniz.

Müasir tarixi əhatə edən qeyri-adi memarlıq üslublarına malik olan Bakı şəhərini yol vərəqənizə əlavə etməyi unutmayın.

VULKAN

Əsrlərlə fəaliyyətdə olan Vulkan, Şamaxı Palas Şərədil-də qaldığınız zaman baş çəkə biləcəyiniz yerlərdən biridir.  UNESCO-nun Ümumdünya İrsi siyahısına düşməkdə olan Vulkan Azərbaycanın paytaxtı Bakı şəhərindən 10 km aralıda yerləşir.

Dağ yamaclarındakı cəlbedici mənzərənin ağuşunda siz bir fincan çaydan həzz ala biləcəksiniz. Vulkanın bütün gözəlliklərini yaddaşınızda həkk etmək üçün özünüzlə fotoaparat götürməyi unutmayın.

DELUXE KING GARDEN
DELUXE KING GARDEN
DELUXE TWIN GARDEN
DELUXE KING POOL
DELUXE TWIN POOL
SUPERIOR SUITE
KING PANORAMA SUITE
PRESIDENTIAL SUITE
COTTAGE ROOMS